Gürcüstan hakimiyyəti AŞPA-dakı nümayəndə heyətinin üzvlərini geri çağırdı

Gürcüstan nümayəndə heyətinin üzvləri səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədrinə fərdi qaydada müraciət ediblər.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" "Telegram" kanalı məlumat verib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məsələ ilə bağlı fikrini bildirib.

"Biz AŞPA-nın öz başlıca dəyərlərinə qayıtmasını gözləyirik, hansı ki, demokratiya və suverenliyə hörmət üzərində qurulub", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən həftə ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı qətnamənin qəbulundan sonra Gürcüstan AŞPA-da fəaliyyətini dayandırıb.