Antalyada dəhşətli qəza - Sərnişin avtobusu uçuruma yuvarlandı: Yaralılar var
Antalyanın Qazipaşa rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, qəza zamanı sərnişin avtobusu yol kənarındakı uçuruma yuvarlanıb.
Hadisə nəticəsində 10-u ağır olmaqla, 28 nəfər yaralanıb.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. 25 metrdən yuvarlanan sərnişin avtobusu ağaca çırpılaraq dayanıb.
Faktla bağlı araşdırma aparılır.