Vahid Əhmədov: "Haqqımda yayılan məlumatlar şayiədir"
Sosial şəbəkələrdə sabiq deputat Vahid Əhmədovun səhhətinin ağır olduğu ilə bağlı məlumatlar yayılıb.
Keçmiş millət vəkili Lim10.az-a açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib:
"Səhhətimin ağırlaşması ilə bağlı haqqımda yayılan məlumatlar şayiədir, həqiqəti əks etdirmir. 25 il deputat kimi fəaliyyət göstərmişəm, az müddət deyil. Hazırda istirahət edirəm. Vəziyyətim də yaxşıdır".
Mərahim Nəsib