ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib

ABŞ Cənubi Qafqazda sülhü, rifahı və iqtisadi potensialın üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Ökə.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımında qeyd edilib.