Mingəçevirdə dərs zamanı halı pisləşən şagird öldü

Mingəçevirdə 15 yaşlı yeniyetmə ölüb.

Lim10.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifovun bu gün dərsdə halı pisləşib.

O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılanda yolda vəfat edib.

Qeyd edək ki, 15 yaşlı yeniyetmə bir ay öncə ürəyindən əməliyyat olunubmuş.