"Əhməd haradadır?" filminin "Leyla"sının doğum günüdür

Bu gün Azərbaycan kino aktrisası, pianoçu Töhfə Əzimovanın doğum günüdür.

Lim10.az xəbər verir ki, görkəmli aktrisa 1938-ci ilin 6 fevralında Bakıda doğulub. Onun əsl sənəti fortepiano müəllimliyi olub.

Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə "Qızmar günəş altında" filminin çəkilişləri zamanı tanış olub.

Cütlük 1958-ci ildə ailə həyatı qurub.

Aktrisa kimi iki filmdə - "Əhməd haradadır?"da Leyla, "Qızmar günəş altında" filmində isə "Nərminə" rolu ilə yaddaqalan obrazlar yaradıb.

Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtoqəzaya düşüb və həlak olub.

Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

Töhfə Əzimova 2003-cü il fevralın 4-də vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.