Tramp özünə təklif ünvanlamaq fikrindədir
![](https://lim10.az/images/article/big/1738832282.8804.webp)
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə gözlənilməz açıqlaması ilə gündəmə gəlib. O, Ağ Evdə möhtəşəm rəqs zalı tikdirmək istədiyini bəyan edib.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə dövlət başçısı Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
Məlum olduğu kimi, Donald Tramp həmişə dəbdəbəli və nəhəng layihələrə üstünlük verir. O, rəqs zallarının tikilməsi məsələsində çox təcrübəli olduğunu vurğulayaraq, yeni qəbul otağını da şəxsən özünün layihələndirəcəyini bildirib.
Prezident bu layihənin reallaşdırılması üçün "özünə təklif ünvanlamaq" niyyətində olduğunu əlavə edib.
Tramp qeyd edib ki, bu zal Ağ Evin memarlıq ansamblını mükəmməl şəkildə tamamlayacaq və prezident iqamətgahının əsl bəzəyi olacaq.
Ağ Ev rəhbəri bu layihəni özünün maliyyələşdirəcəyini və bunun ABŞ büdcəsinə heç bir əlavə xərc yaratmayacağını da vurğulayıb.