İlon Maskın ABŞ Maliyyə Nazirliyinin ödəniş sistemlərindəki məlumatlara girişi məhdudlaşdırıla bilər

ABŞ Ədliyyə Nazirliyinin vəkilləri Hökumətin Səmərəliliyinin Artırılması Departamenti (DOGE) ilə əlaqəli əməkdaşların ölkənin Maliyyə Nazirliyinin ödəniş sistemindəki məlumatlara çıxışını müvəqqəti məhdudlaşdırmaqla bağlı razılığa gəliblər.

Lim10.az-ın "NBC News" telekanalına istinadən verdiyi məlumata görə, bu addım həmkarlar ittifaqlarının bir sıra üzvlərinin məhkəmə iddiasına cavab olaraq atılıb.

İddiada Maliyyə Nazirliyi milyarder İlon Maskın rəhbərlik etdiyi DOGE qurumuna məxfi məlumatları verməklə qanunsuz hərəkət törətməkdə ittiham olunur.

İddiaçıların sözlərinə görə, DOGE-nin federal hökumətin ödəniş sisteminə və orada saxlanılan şəxsi məlumatlara çıxışının təmin edilməsi məxfilik haqqında federal qanunları pozur.

İddia ərizəsində qeyd olunur ki, ABŞ maliyyə naziri Skott Bessent qapalı qapılar arxasında hökumətin maliyyə əməliyyatlarının emalında iştirak etməyən şəxslərə qeydləri araşdırmağa icazə vermək qərarına gəlib. Qeyd olunur ki, məhdud giriş iddia üzrə yeni məhkəmə dinləməsinə qədər qüvvədə qalacaq. Hakim hələlik vəkillər tərəfindən təklif olunan sənədi imzalamayıb.

Xatırladaq ki, bundan əvvəl DOGE-yə ölkənin bütün büdcə ödənişlərinin həyata keçirildiyi federal ödəniş sisteminə barədə xəbər yayılıb. Bildirilir ki, bu imtiyaz ABŞ Maliyyə Nazirliyində fikir ayrılığına səbəb olub. Belə ki, xəzinədarlıq sisteminə yalnız Maliyyə Nazirliyi və əlaqəli qurumların məhdud sayda rəsmiləri giriş əldə edə bilər, çünki sistem milyonlarla amerikalı haqqında məxfi məlumatları əhatə edir.