Biləsuvarda beş nəfərin xəsarət aldığı ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU

Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bu barədə Lim10.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə fevralın 6-sı saat 12:30-da köhnə Ələt-Astara İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu Aşağı Cürəli kənd ərazisindən keçən 115-ci kilometrliyində baş verib:

"Masallı rayonu Ərkivan qəsəbəsi sakini 25.03.1990 təvəllüdlü Elvin Cahangir oğlu Cahangirovun idarə etdiyi "Mercedes-Benz" markalı 99-KU-477 dövlət nömrə nişanlı avtomobil Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda Astara rayonu istiqamətində hərəkətdə olan Biləsuvar rayonu Təzəkəndində yaşayan 10.09.1968 təvəllüdlü Şücaət Hidayət oğlu Quliyevin idarə etdiyi VAZ minik markalı 15-BN-244 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ minik markalı avtomobildə sərnişin olan 12.08.1970 təvəllüdlü Biləsuvar rayonu Təzəkənd Səbahəddin Rəhman oğlu Abbasov xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır".

E.Hacıyev həmçinin qeyd edib ki, bütün sürücülərdən xahişimiz və tövsiyəmiz nəqliyyat vasitəsində əyləşərkən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələridir:

"Sürücülər nəzərə alsınlar ki, hava şəraitinin küləkli, yağışlı olması baş veriləcək qəzaya səbəb olacaq amillərdən biridir. Ən əsas nəqliyyat vasitəsinin texniki sazlığına, avtomobilin mövsüm şəraitinə uyğun olmasına diqqət yetirsinlər".

Aygün Mirakif

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lim10.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2115 və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.