Parisdəki "Rus evi" bağlana bilər
![](https://lim10.az/images/article/big/1738852142.9738.webp)
Fransa Parisdəki "Rus evi" təşkilatının fəaliyyətinin dayandırılması üçün tədbirlər görür.
Lim10.az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.
Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub: "İndi "Rus evi"nin işini tamamilə dondurmağa cəhdlər göstərilir".
Səfir əlavə edib ki, Fransa tərəfi ilə bu məsələ üzrə çətin danışıqlar aparılır: "Rus evi" burada ikitərəfli sazişlərə əsaslanaraq qanuni fəaliyyət göstərir".