Ağ Ev USAID-in absurd xərclərindən danışdı: "Ermənistanda LGBT-nin fəallığını dəstəkləyiblər"

Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) absurd xərclərinin yeni siyahısını açıqlayıb.

Bu barədə Lim10.az-ın Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bunlar arasında Qvatemalada cinsiyyətin dəyişdirilməsi üçün 2 milyon dollar, Misirdə turizmin maliyyələşdirilməsi üçün 6 milyon dollar, İraqda yeni "Sezam küçəsi" şousu üçün 20 milyon dollar, Qazaxıstanda dezinformasiya ilə mübarizə üçün 4.5 milyon dollar kimi xərclər var.

Qeyd edək ki, daha əvvəl Levitt USAID-in digər qəribə xərclərini də səsləndirmişdi ki, onlar arasında terror təşkilatlarının dəstəklənməsi və transgender komikslərinin yaradılması da var idi.

"Co Baydenin Administrasiyası milyonlarla dolları axmaq şeylərə xərcləyib", - deyə o bildirib və əvvəlki hakimiyyətləri büdcə vəsaitlərini mənasız yerə israf etməkdə günahlandırıb.

USAID-in digər mübahisəli xərcləri arasında Qvatemala, Ermənistan, Uqanda, Cənubi Afrika və Balkan ölkələrində LGBT fəallığına dəstək, "müxtəliflik və inklüzivlik" üzrə müxtəlif təşəbbüslərin maliyyələşdirilməsi, Şri-Lankada gender jurnalistikasının təşviqi, həmçinin "Əl-Qaidə" terror qruplaşmasının üzvləri üçün nahar yeməyinin təşkili kimi bəndlər də var.

Bu xərclərin açıqlanması bir daha ABŞ dövlət agentliklərinin, xüsusən də USAID-in büdcə vəsaitlərindən istifadəsinin məqsədəuyğunluğu və səmərəliliyi ilə bağlı suallar doğurur. Tənqidçilərin fikrincə, xaricdə şübhəli layihələrə bu cür məntiqsiz xərclər ABŞ-nin özünün daxilində maliyyələşdirmə tələb edən çoxlu aktual problemlərin olduğu bir vaxta təsadüf edir.