Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır

Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

Lim10.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti Türkiyə Milli Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.

"Suriyanın yeni hökumətinin tələblərinə uyğun olaraq, biz birgə iş planı hazırlayacağıq və Suriya ordusunun imkanlarını artırmaq üçün konkret addımlar atacağıq", - qurumun nümayəndələri bildiriblər.

Xatırladaq ki, bu həftə Suriyanın lideri Əhməd Əş-Şaraa Ankaraya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əş-Şaraa digər məsələlərlə yanaşı, Suriya ərazisində təhlükəsizliyin təmin edilməsini də müzakirə ediblər.