Günəşdə güclü partlayış baş verib: Yerə təsir ehtimalı yüksəkdir

Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.

Lim10.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 6-da Moskva vaxtı ilə saat 14:04-də (Bakı vaxtı ilə 15:04 - red.) 3981 (N05W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 35 dəqiqə davam edən M7.6 partlayışı qeydə alınıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, bu, fevral ayında baş verən ikinci ən güclü partlayışdır.

Hesabata əsasən, indiyə qədər ən güclü partlayış fevralın 3-də qeydə alınmış M8.8 partlayışı olub.

Məlumata görə, partlayışın mərkəzi Yerə maksimum təsir zonasında olduğundan, onun planetə təsir ehtimalı yüksəkdir.