Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 07.02.2025

Saat 14:00-a olan məlumata əsasən bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Lim10.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsir.

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 28m/s, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Neftçalada 20 m/s, Altıağac, Qobustanda 18 m/s, Şirvanda 16 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Tərtər, Lənkəran, Astarada arabir yağış, Quba, Altıağac, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da üç dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Lim10.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, fevralın 7-də saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.

Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax və Sabirabadda 4, Mingəçevir, Zərdab və Şəkidə 3, Mingəçevir və Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa və Naxçıvanda 1 mm-dək qeydə alınıb.

Dağlıq rayonlara qar yağır, qar örtüyünün hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa və Qubada 20, Kəlbəcər və Laçında 19, Xaltan və Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndidə 7, Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qırız, Göyçay, Zərdab və Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 100-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 07.02.2025