Britaniyadan "Apple"a qarşı tələb: "Casusluq etmək imkanı ver"

Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə istifadəçilərin şifrələnmiş məlumatlarına giriş təqdim etməsini tələb edib.

Lim10.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, Britaniya hökuməti ötən ay bununla bağlı məxfi sərəncam verib.

Sərəncam sadəcə konkret akkauntun sındırılmasında yardımı deyil, həm də tam şifrələnmiş məlumata baxmaq imkanlarını tələb edir.

Qəzetin mənbələrinə görə, "Apple" çox güman ki, istifadəçilərə verdiyi təhlükəsizlik vədini pozmayacaq və Böyük Britaniyada şifrələnmiş məlumat bazasını təqdim etməyi dayandıracaq.