İsrail 183 fələstinli məhbusu azad edəcək

Fevralın 8-də Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılması müqabilində İsrail 183 fələstinli məhbusu azad edəcək.

Lim10.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə İnformasiya İdarəsi məlumat yayıb.

"Şənbə günü İsrail ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbsə məhkum edilmiş 18, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 fələstinli azad ediləcək", - məlumatda bildirilir.

Həmçinin Fələstinin HƏMAS hərəkatı fevralın 8-də Qəzza zolağında saxlanılan biri Almaniya vətəndaşı olmaqla, üç israilli girovu azad edəcəyini açıqlayıb.