Olaf Şolts Əhməd Əş-Şaraa ilə danışdı: "Dəstək verməyə hazırıq"

Almaniya kansleri Olaf Şolts Suriyanın müvəqqəti Prezidenti Əhməd Əş-Şaraa ilə telefon danışığı aparıb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.

Qeyd olunur ki, telefon danışığı zamanı Şolts Almaniya hökumətinin Suriyanın yenidən qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.