Ötən ay altı uşaq övladlığa götürülüb, ikisi isə himayədar ailəyə verilib

2025-ci ilin yanvar ayında altı uşaq övladlığa götürülüb, iki uşaq isə himayədar ailəyə verilib.

Lim10.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa və himayədar ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.

21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə ailələrinə reinteqrasiya edilib.