Ferdi Tayfurun vəsiyyətinin detalları açıqlandı: Üç milyard lirəlik sərvətini kimə verib?
![](https://lim10.az/images/article/big/1739017743.191.webp)
79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun vəsiyyətinin detalları məlum olub.
Lim10.az xəbər verir ki, daha əvvəl F.Tayfurun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Şirin Gözalıcı "Instagram" hesabında sənətçinin vəsiyyəti haqqında yazmışdı.
"Əslində bu vəsiyyəti özü paylaşmaq istəyirdi, ancaq təəssüf ki, ömrü çatmadı. O, sərvətinin bir qismini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Fonduna, Leykozlu Uşaqların Sağlamlıq və Təhsil Fonduna (LÖSEV) ianə edərək xalqına olan sevgisini və bağlılığını bir daha göstərib", - deyə o vurğulamışdı.
İndi isə məlum olub ki, F.Tayfur ümumilikdə üç milyard Türkiyə lirəsi dəyərində olan sərvətinin 10%-ni fondlara verib. Sənətçi dörd dükanını Türkiyə Silahlı Qüvvələrinə, səkkiz lüks villasını LÖSEV-ə, iki villasını və bir dükanını Darüşşafaka Fonduna bağışlayıb.
Xatırladaq ki, F.Tayfur yanvarın 2-də dünyasını dəyişib.