Fitrə zəkatı bu il hansı məbləğdə çıxılmalı və kimlərə verilməlidir - Suallara cavab

 

 

Bu il üçün Gürcüstanda hər nəfərə fitrə zəkatı 5-6 manat məbləğində götürülməlidir.

Bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov açıqlama verib. Şeyx qeyd edib ki, fitrəzakatı bu ilki qiymətləri nəzərə alaraq təyin edilib: "Gürcüstandakı qiymətləri nəzərə alaraq bu il üçün adambaşi fitrə zəkati ən azi 7-9 lari hüdudunda hesablanıb. Əlbəttə onu da qeyd etməliyik ki, İnsan öz maddi imkanından asılı olaraq ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq buğda hesabında götürə bilər".

Ramin İgidov fitrə zəkatının kimlərə verilməli olduğuna da aydınlıq gətirib: "Həddi buluğa çatmış fəqir olmayan hər kəsə - özünün və onun himayəsində olan (çörəyini yeyən şəxslərə). Hər nəfər üçün (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (yəni xurma və kişmişin) qiyməti dəyərini versinlər".

Fitrə zəkatının vacib olması və çıxarılma vaxtı və eləcə də verilməsi nə zaman olmalıdır? "Fitr bayramının axşamı çıxılır, Bayram gününün günorta namazına qədər verilməsi gərəkdir. (Əgər müəyyən üzürlü səbəbdən nəzərdə tutulan şəxsə çatdırmaq gecikərsə eybi yoxdur.)".

Fitrə zəkatını kimə vermək olar? "Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə yaşayışını keçindirir", - deyə R. İgidov əlavə edib.