Qəzzada atəşkəs sazişi pozula bilər
![](https://lim10.az/images/article/big/1739046542.7474.webp)
İsrail və HƏMAS arasında Qəzza sektorunda atəşkəs sazişi pozulma təhlükəsi ilə üzləşib.
Lim10.az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" məlumat verib.
Məlumata görə, tərəflər hələ Qəzza sektorunda atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin ikinci mərhələsinə dair danışıqlara başlamayıblar. Halbuki, proses artıq 3 fevralda başlamalı idi.
Xatırladaq ki, Qəzza sektorunda atəşkəs rejimi yanvarın 19-da qüvvəyə minib.