Tramp Putinə həbs qərarı çıxaran prokuroru cəzalandırdı
![](https://lim10.az/images/article/big/1739048282.9891.webp)
Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ABŞ Зrezidenti Donald Tramp tərəfindən iqtisadi və səyahət sanksiyalarına məruz qalan ilk şəxs olub.
Lim10.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.
Xatırladaq ki, məhz onun tələbi ilə BCM 2023-cü ilin martında Rusiya lideri Vladimir Putin, 2024-cü ilin noyabrında isə İsrailin Иaş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə orderlər verib.
Qeyd olunur ki, ABŞ lideri artıq müvafiq fərmanı imzalayıb, lakin o, hələlik dərc edilməyib.