Məhəmmədli kəndinin sakinlərindən şikayət: "Dünəndən işıq yanmır, donuruq"

Abşeron rayonu, Məhəmmədli kəndi, Seyid Şuşinski, 75 B ünvanında dünəndən etibarən işıq yanmır.
Bu barədə Lim10.az-a sözügedən ərazidə yaşayan sakinlər müraciət ediblər.
Adının çəkilməsini istəməyən sakin qeyd edib ki, dünən səhər saat 11:30-dan işıq sönüb, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib:
"Evində xəstə və körpə uşağı olan ailələr var. Hava çox soyuqdur, donuruq. Bu soyuqda işıqsız qalmaq zülmdür".
Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev