Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Lim10.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qüvvələri binanın 10-cu mərtəbəsində qeydə alınan yanğının yayılmasının qarşısını alıblar.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat Xidmətindən Lim10.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.