Balakənddə betonqarışdıran maşın aşıb: Ölən var
![](https://lim10.az/images/article/big/1739100542.8629.webp)
Balakənddə betonqarışdıran maşın aşıb, ölən var.
Lim10.az xəbər verir ki, fevralın 8-də saat 13 radələrində rayonun Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində "KamAZ" markalı betonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Əsgər Umar oğlu Fərzəliyev iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində sürücü avtomobilin altında qalaraq dünyasını dəyişib.