Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Lim10.az bildirir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxs Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

Qeyd edək ki C.Əliyev sözügedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.