Almaniyada hərbi baza üzərində naməlum dronlar görüntülənib
Almaniyanın şimalında Huzum şəhəri yaxınlığındakı aviabaza üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib.
Lim10.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti Almaniya Müdafiə Nazirliyinin məxfi hesabatına istinadən məlumat verib.
Qeyd olunur ki, yanvarın 9-dan 29-dək aviabaza üzərində naməlum peşəkar pilotsuz uçuş aparatlarının iştirakı ilə ümumilikdə altı insident qeydə alınıb. Şvezinqdəki Almaniyanın HHQ bazasında hava hücumundan müdafiə bölmələrinin hazırlığı üzrə tədris mərkəzi yerləşir. Nəşrin bildirdiyinə görə, mərkəzdə ukraynalı hərbçilər də təlim keçir.
Bildirilir ki, dronların operatorlarını aşkar etmək mümkün olmayıb.