Dubayı rekord sayda turist ziyarət edib
![](https://lim10.az/images/article/big/1739141882.8116.webp)
2024-cü ildə Dubayı 18.7 milyon xarici turist ziyarət edib ki, bu da əmirliyin yeni rekordudur.
Lim10.az xəbər verir ki, məlumat Dubay hökumətinin mətbuat xidməti olan "Dubai Media Office" tərəfindən açıqlanıb.
2023-cü ilə nisbətən artım 9 faiz təşkil edib.
"Turizm sektoru inkişafını davam etdirib. 832 hotel müəssisəsində orta doluluq 78% olub ki, bu da 154 mindən çox otaq deməkdir", - Dubayın vəliəhdi şeyx Həmdan bin Məhəmməd Əl Məktum "X"də yazıb.