Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu
![](https://lim10.az/images/article/big/1739149083.0689.webp)
Rumıniya çempionatının ikinci divizionunda çıxış edən "Mioveni" futbol klubu 74 xaldan məhrum edilib.
Lim10.az TASS-a istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyasına əsasən, klubun keçmiş futbolçu və məşqçilərə borcu var.
İndiyədək 8 xal toplamış və sonuncu pillədə gedən komandanın aktivində hazırda mənfi 66 xal var.
Turnirin qalan bütün matçlarında qalib gəlsə belə, mövsümün sonunda klubun aşağı liqaya düşəcəyi artıq dəqiqdir.
Qeyd edək ki, "Mioveni" 2000-ci ildə yaradılıb. 2007/08 mövsümündə klub ilk dəfə Rumıniya çempionatının yüksək divizionunda çıxış etsə də, turnirdəki yerini qoruya bilməyib. Komanda daha sonra 2011/12, 2021/22 və 2022/23 mövsümlərində də ölkə çempionatının elit dəstəsində mübarizə aparıb. Ötən mövsüm klub Rumıniya çempionatının ikinci divizionunu beşinci pillədə başa vurub.