ABŞ-də hava limanında iki təyyarə toqquşdu: Ölən və yaralananlar var
![](https://lim10.az/images/article/big/1739253482.854.webp)
Arizona ştatında hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.
Lim10.az-ın ABC telekanalına istinadla məlumatına görə, hadisə Skottsdel şəhərində baş verib.
Bildirilib ki, özəl təyyarə uçuş-enmə zolağından kənara çıxaraq park halındakı hava gəmisinə çırpılıb. Nəticədə azı bir nəfər həlak olub, beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Skottsdeldə uçuşlar ləğv edilib. Qəzanın səbəbləri araşdırılır.