Livanda "Hizbullah"ın silah anbarından USAID-in humanitar yardımı aşkar edilib
![](https://lim10.az/images/article/big/1739258943.3296.webp)
Livanda "Hizbullah"a məxsus silah anbarından ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı tapılıb.
Lim10.az xəbər verir ki, bu barədə "New York Post"a İsrailin ehtiyatda olan hərbçisi məlumat verib.
O qeyd edib ki, Livanda "Hizbullah"ın dayaq məntəqəsində patrulda olarkən snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələrin yanında üzərində USAID yazısı olan bağlamalar aşkar edib.