Zelenski Rusiya ilə birbaşa ərazi mübadiləsini mümkün sayır
![](https://lim10.az/images/article/big/1739294944.9862.webp)
Əgər ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına gətirə bilsə, Kiyev Moskvaya Kursk vilayətində ələ keçirilən torpaqlardan imtina etməklə birbaşa ərazi mübadiləsi təklif edə bilər.
Lim10.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Guardian"a müsahibəsində deyib.
O, Ukraynanın hansı əraziləri güzəştə getməyə hazır olduğunu dəqiqləşdirməyib.
"Biz bir ərazini digərinə dəyişə bilərik. Bilmirəm, görəcəyik. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur", - prezident əlavə edib.