İlon Mask USAID-in seçkilərə təsir göstərən gizli əməliyyatlarını ifşa etdi

ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask Beynəlxalq İnkişaf Agentliyi - USAID-in həqiqi fəaliyyət məqsədlərini açıqlayıb. O, qurumun işinin əhəmiyyətli hissəsinin dünyanın müxtəlif ölkələrində seçkilərə şübhəli metodlarla təsir göstərməyə yönəldiyini bildirib.

Lim10.az-ın verdiyi məlumata görə, milyarder bu barədə Ağ Evdə Prezident Donald Trampla birgə jurnalistlər qarşısında çıxış edərkən bəyan edib.

O, təfərrüatları açıqlamayıb və hansı ölkələrdəki seçkilərdən söhbət getdiyini dəqiqləşdirməyib.

"Yatırılan vəsaitlərin gəlirliliyindən danışsaq, deyərdim ki, bu, heç də həmişə istənilən kimi olmayıb", - deyə DOGE rəhbəri USAID-in fəaliyyətindəki səmərəsizliyə və korrupsiyaya işarə edib.

Prezident Tramp da Maskın mövqeyini dəstəkləyərək agentliyi "səriştəsiz və çox korrupsiyalaşmış" adlandırıb.