Rumıniyada prezident səlahiyyətlərinin müvəqqəti icraçısı BƏLLİ OLDU
![](https://lim10.az/images/article/big/1739365083.3996.webp)
Rumıniya Prezidenti Klaus Yohannis istefaya gedib və səlahiyyətlərini dövlət başçısının vəzifələrini müvəqqəti icra edən İlie Bolojana ötürüb.
Lim10.az TASS-a istinadla xəbər verir ki, mərasim Buxarestin Kotroçen sarayının parkında - Rumıniya dövlət başçısının iqamətgahında keçirilib.
K.Yohannis iqamətgaha gəlmiş İ.Bolojanı qarşıladıqdan sonra, sarayın daxilində onunla 25 dəqiqəyə yaxın söhbətləşib. Ardınca K.Yohannis saraydan çıxaraq parkdakı hərbi qulluqçuları, administrasiya heyətini və jurnalistləri salamlayıb. O, dövlət bayrağının olduğu maşına minərək iqamətgahı tərk edib.
Xatırladaq ki, 2014-cü ildən Rumıniya prezidenti vəzifəsini tutan K.Yohannis ölkəni və vətəndaşları böhrandan xilas etmək üçün fevralın 10-da istefa qərarını açıqlamışdı.