Azərbaycan Prezidenti: "Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir"

"Tərəfdaşlığımızın (Somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir".

Lim10.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib:

"Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir".