ABŞ İranla münasibətində "qırmızı xətt"ini açıqladı

İranın nüvə silahına malik olması Vaşinqton üçün "qırmızı xət"dir və ABŞ Prezidenti Donald Tramp buna imkan verməyəcək.

Lim10.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.

O, vurğulayıb ki, ABŞ lideri Tehranın nüvə potensialını inkişaf etdirməsinə heç vaxt imkan verməyəcəyini açıq şəkildə bəyan edib.