Bakının Nərimanov rayonunun bir hissəsində qaz olmayacaq

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlaqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə.Əliyev, 63 və Ə.Əliyev, 26 ünvanlarında yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.