Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi
![](https://lim10.az/images/article/big/1739460542.5314.webp)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.
Lim10.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Qeyd edək ki, Ərdoğan Pakistanda rəsmi səfərdədir.
Xatırladaq ki, "Togg" elektrikli avtomobillərin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi planlaşdırır.
Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi