Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək?
![](https://lim10.az/images/article/big/1739473083.4019.webp)
Avropa İttifaqı (Aİ) Rusiyanın qalıq yanacağından imtina kursuna sadiq qalacaq və ölkəyə qarşı sanksiyaların, o cümlədən enerji sahəsində məhdudiyyətlərin tətbiqini davam etdirəcək.
Lim10.az interfax.ru-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.
"Bizim Rusiyaya qarşı enerji sahəsində sanksiyalarımız qüvvədədir və bu, REPowerEU-nun (Aİ-nin enerji müstəqilliyi planı) məqsədlərində göstərildiyi kimi, Rusiyanın qalıq yanacağından asılılıqdan tədricən azad olmaqla bağlı kursumuzun bir hissəsidir. Bu, enerji daşıyıcılarından mərhələli şəkildə tam imtinanı nəzərdə tutur", - o qeyd edib.
Pinyu əlavə edib ki, Aİ Rusiyadan qalıq yanacaq idxalından tədricən imtinaya töhfə verəcək 16-cı sanksiya paketini müzakirə edir.