Gəncədə əri qadının qulağını KƏSDİ

Gəncədə qadın bıçaqlanıb.

Lim10.az "Unikal"a istinadən məlumat verir ki, şəhər sakini 1994-cü il təvəllüdlü G.Allahverdiyev qulağının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 31 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.