Mask ABŞ-ni başqa ölkələrin işlərinə qarışmamağa çağırdı

"Amerika Birləşmiş Ştatları daxili məsələlərə diqqət yetirməli və hər yerdə rejim dəyişikliyini təşviq etməyi dayandırmalıdır".
Lim10.az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, sahibkar İlon Mask Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində bildirib.
"Düşünürəm ki, ümumiyyətlə, biz başqa ölkələri öz işləri ilə baş-başa buraxmalıyıq və ABŞ hər yerdə rejim dəyişikliyini təşviq etmək əvəzinə öz işləri ilə məşğul olmalıdır", - deyə o vurğulayıb.
Mask iddia edib ki, ABŞ-nin yeni administrasiyası başqa ölkələrin işləri ilə o qədər də maraqlanmır.