Bakının hansı küçələrində sıxlıq var? - 14.02.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Lim10.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;

4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.