MSK bələdiyyə seçkisinə yekun vurdu

"Yanvarın 29-da keçirilən seçkidə 685 bələdiyyəyə 8 071 üzvü seçilib".

Lim10.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkisinin yekunlarına həsr olunan iclasda deyib.

MSK bələdiyyə seçkisinə yekun vurdu

O bildirib ki, 26 siyasi partiyanın 24-ü seçkidə iştirak edib:

"16 511 nəfər imza vərəqi götürüb. Onlardan 16 294 nəfər imza vərəqi geri qaytarıb. Yəni 8 071 bələdiyyəyə 16 238 nəfər qeydə alınıb və mübarizəni davam etdirib. Onların yarıdan çoxu MSK-da qeydiyyatdan keçən 24 siyasi partiyanın nümayəndəsidir".

Xatırladaq ki, dərsvermə hüququna malik 5 961 625 nəfərdən 1 874 810 seçici səs verib. Seçki fəallığı 31.45 faiz olub.

Prosesdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.

Mərahim Nəsib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Lim10.az xəbər verir ki, iclasda bələdiyyə seçkisinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçkisin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

Seçkinin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçki günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkisində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45% olub.