Rusiyada 20 avtomobil toqquşdu

Başqırdıstanın (Rusiya) Ufa - Orenburq magistralında təxminən 20 avtomobil toqquşub.

Lim10.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində Ufa istiqamətində hərəkət çətinləşib. Bunu respublikanın yol hərəkəti təhlükəsizliyi üzrə baş dövlət inspektoru Vladimir Sevastyanov bildirib. Onun sözlərinə görə, ölən yoxdur, avtomobillər mexaniki zədələr alıb.

İdarənin məlumatına görə, kütləvi qəza nəticəsində 3 nəfər, o cümlədən 8 yaşlı uşaq zərər görüb.

Hazırda polis qəzanın səbəblərini araşdırır.