Rusiyanın müharibə cinayətləri - Ukrayna uşaqları oğurlanır (araşdırma)

ABŞ Dövlət Departamentinin dəstəklədiyi "Conflict Observatory" proqramı Yale Humanitar Tədqiqatlar Laboratoriyası ilə birgə 35 səhifəlik hesabat yayıb. Hesabatda Rusiyaya qarşı bəzi ciddi ittihamlar üzə çıxır. İddia edilir ki, bu hesabatdakı faktlar Rusiyanın ukraynalı uşaqlara qarşı müharibə cinayətləridir.
Yeni hesabatda bildirilir ki, Rusiya ordusu minimum 6 000 ukraynalı uşağı məcburi övladlığa götürmə və hərbi təlim üçün Rusiya düşərgələrinə köçürüb.
Fevralın 14-də CNN-in məlumatında "Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyası"ndan Natanial Raymondun dediyinə görə, "Rusiya hökumətinin bütün təbəqələri iştirak edir".
"Rusiyanın Ukrayna uşaqlarının yenidən təhsil alması və övladlığa götürülməsi üzrə sistematik proqramı" adlı bu yeni hesabatda Kremlin ukraynalı uşaqları mahiyyətcə oğurlamaq, onları ruspərəst düşüncədə "yenidən tərbiyə etmək" və vətənlərinə qayıtmalarına mane olmaq üçün qorxunc, sistemli yanaşması göstərilir.
Hesabat müəllifləri yazıblar ki, düşərgələrin məqsədi Ukraynadan olan uşaqların Rusiya yönlü milli mədəniyyət, tarix yönümündə rus cəmiyyətinə inteqrasiya edilməsidir.
Araşdırma zamanı məlum olub ki, belə təhsilə həsr olunmuş azı 32 mərkəz və iki hərbi təlim düşərgəsi yaradılıb.
"Görünür ki, bəzi mərkəzlər tez bir zamanda övladlığa götürmə prosesinə həsr olunub, bəziləri isə hərbi təlim mərkəzləri kimi istifadə olunur" - hesabatda deyilir.
Məlumata görə, övladlığa götürmə mərkəzində tapılan ən kiçik uşaq dörd aylığında, hərbi təlim düşərgələrində isə ən kiçik uşağın on dörd yaşı var.
CNN-in verdiyi xəbərə görə, biri Çeçenistanda, digəri Krımda olan iki düşərgədə "uşaqların odlu silah və hərbi avtomobillərdən istifadə etməsində xüsusi olaraq iştirak etdiyi görünür".
Xoşbəxtlikdən, hesabatın müəllifləri bildiriblər ki, hərbi təlim keçmiş uşaqların müharibəyə göndərilməsi ilə bağlı hələ heç bir sübut görməyiblər.
hesabatda deyilir ki, görünür, bir çox valideynlər uşaqlarına ruslarla getməyə icazə vermək üçün təzyiqə məruz qalıblar: çünki müharibə şəraiti və işğalçı qüvvələrin təhdidi məcburiyyət şərtlərini təmsil edir".
Rusiya dəfələrlə ittihamları inkar edib. "The Telegraph"ın məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfirliyi hesabatda ətraflı məlumat verilən iddiaları "absurd" adlandırıb.
Lakin, Rusiya ukraynalı uşaqların Rusiyaya köçürüldüylərini inkar etmir, iddia edir ki, onlar sadəcə tərk edilmiş uşaqların qayğısına qalırlar.
"Rusiya ümumilikdə nə qədər uşaq oğurladığını, onların harada yaşadıqlarını etiraf etmir".
Ukrayna baş prokuroru Andriy Kostin bildirib ki, onun komandasının hesablamalarına görə, ruslar işğal başlayandan bəri 65 mindən çox müharibə cinayəti törədiblər.
Bundan başqa, sənədləşmə göstərir ki, Rusiyada 14 mindən çox ukraynalı uşaq məcburi şəkildə övladlığa götürülüb.
Kostin fevralın əvvəlində Vaşinqtonda Corctaun Hüquq Məktəbində qrupla çıxış edib və bildirib: "Bu, Ukrayna kimliyini kəsməklə demoqrafik dəyişikliyə yönəlmiş birbaşa siyasətdir. Bu hərəkətlər soyqırım cinayətinin xarakterik xüsusiyyətləridir".
Hesabatın müəlliflərinə görə, Rusiyanın ukraynalı uşaqlarla etdiyi hərəkətlər 1949-cu il Cenevrə Konvensiyalarının açıq-aydın pozulması kimi görünür. Bu konvensiyalarda açıq şəkildə bildirilir ki, dinc əhalinin kütləvi şəkildə məcburi köçürülməsi qadağandır.
Hesabatda Rusiyanın ümumilikdə 37 ukraynalı uşağı ailələrinə qaytardığı məlum olub. Bununla belə, təəssüflər olsun ki, minlərlə uşaq geri qaytarılmayıb. Beləliklə, Rusiyanın hərəkətləri potensial müharibə cinayəti halına gətirilib.
Raymond daha sonra bildirib: "Bu, əsas etibarilə minlərlə ukraynalı uşağın qeyri-ixtiyari qəyyumluğu və nəzarət altında saxlanmasıdır. Bu, təkcə qanuna zidd deyil, həm də insanlığa ziddir"
Amerika Dövlət Departamentinin fevralın 14-də keçirdiyi mətbuat brifinqində spiker Ned Prays Birləşmiş Ştatların bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bildirib: "Rusiyanın Ukrayna uşaqlarının məcburi köçürülməsi və övladlığa götürülməsi Ukraynanın kimliyini, tarixini və mədəniyyətini inkar etmək və sıxışdırmaq üçün sistemli fəaliyyətinin əsas elementidir".
#Ukraine
#children
#uşaqlar