Roma Papasının son vəziyyəti açıqlanıb

Roma Papası Fransiskin sağlamlıq vəziyyəti stabildir və o, tənəffüs yollarının infeksiyasından müalicəsini davam etdirir.

Lim10.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruninin sözlərinə görə, hazırda pontifikin vəziyyəti stabildir və o, dərman qəbul etməyə davam edir.

Məlumat üçün qeyd edək ki, fevralın 14-də Roma Papası Fransisk uzun müddət davam edən bronxitin müalicəsi üçün xəstəxanaya müraciət etmişdi.