Ebola qızdırması ABŞ-yə də çatıb? - Sakinlər təlaşda

ABŞ-li həkimlər təlaşa düşüblər. Belə ki, ölümcül ebola virusunun artıq ölkəyə çatdığı ehtimalı var.
Lim10.az bu barədə "New York Post" qəzetinə istinadla xəbər verib.
Bildirilir ki, iki nyu-yorklu təhlükəli xəstəlik şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlar son zamanlarda bu xəstəliyin tüğyan etdiyi Uqandaya səyahətdən qayıdıblar.
Həkimlər nyu-yorkluların simptomlarının ebolanın xarakterik əlamətləri ilə tam üst-üstə düşdüyünü vurğulayıblar.
Hazırda pasiyentlər təcili yardım şöbəsindən ixtisaslaşmış xəstəxanaya köçürülüblər və həkimlərin 24 saatlıq nəzarəti altındadırlar. Həkimlər diaqnozu təsdiq və ya təkzib edəcək analizlərin nəticələrini gözləyirlər.
Fevralın 3-də Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, Uqandada aşkar edilmiş Ebola virusunun yeni ştammı ictimai səhiyyə üçün ciddi risk təşkil edir. Təşkilat həmçinin onun qonşu dövlətlərə potensial ötürülməsini də istisna etməyib.