Nikolay Patruşev: "Fransanın dənizaşırı əraziləri onlara müstəmləkə münasibətindən yorulub"

"Fransanın ada əraziləri Parisin onlara müstəmləkə kimi münasibətindən yorulub".
Lim10.az-ın məlumatına görə, bunu Rusiya Dəniz Kollegiyasının rəhbəri, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Aif.ru-ya müsahibəsində bildirib.
"Fransanın Yeni Kaledoniya, Martinik, Qvadelupa və digər bəzi ada əraziləri onlara müstəmləkə münasibətindən, bütün resursların qəsbindən və dünya okeanının müxtəlif hissələrində öz təsiri üçün istifadə edilməsindən yorulub. Bununla yanaşı, Fransa müstəqillik arzusunda olan dənizaşırı ərazilərin sakinlərinin fikrini dinləmək niyyətində deyil", - deyə Dəniz Kollegiyasının rəhbəri vurğulayıb.
Patruşev qeyd edib ki, 2024-cü ilin sonundan etibarən aksiyaların güc yolu ilə yatırılması hallarının artması bununla bağlıdır. Onun sözlərinə görə, bununla belə, ekspertlər etirazların daha da güclənəcəyini proqnozlaşdırıblar.