Rusiyada neft mədənində GÜCLÜ PARTLAYIŞ: Yaralılar var

Rusiyanın Tümen vilayətinin "Radonej" neft mədənində güclü partlayış baş verib.

Lim10.az xəbər verir ki, hadisənin anbaan videosu "112 Telegram" kanalında yayımlanıb.

Yayımlanan kadrlarda güclü partlayışın baş vermə anı, daha sonra genişmiqyaslı yanğının baş verdiyi görüntülər əks olunub.

İlkin məlumata görə, hadisə nəticəsində qazmaçı köməkçisi vəzifəsini tutan iki əməkdaş xəsarət alıb. Onlardan birinin vəziyyəti kritik qiymətləndirilir.