Barro: "Rusiya Fransanın düşmənidir"

"Rusiya bütün Avropanın və Fransanın düşmənidir".

Lim10.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL telekanalına müsahibəsində aparıcının müvafiq sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bunun səbəbi təkcə Ukraynadakı münaqişə deyil:

"Rumıniyadakı seçki də Rusiya tərəfinin hərəkətləri səbəbindən ləğv edildi".